Ukraynada barrikadalarını dağıtmağa başladılar

 

40

Ukrayna paytaxtı Kiyevdə avrointeqrasiya tərəfdarlarının keçirdiyi aksiyalarla bağlı vəziyyət gərginləşib. Milis hökumət binası qarşısında etirazçıların düşərgələrini dağıtmağa başlayıb. Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Hökumətin istefasını tələb edən etirazçılara meydanı tərk etmək üçün çərşənbə axşamınadək vaxt verilib. Hər hansı toqquşma barədə məlumat yoxdur.

Daxili Qoşunların1000-ə yaxın hərbçisi və “Berkut” xüsusi təyinatlı milis dəstəsi Avropa meydanı yaxınlığında qurulmuş çadır şəhərciyindən etirazçıları sıxışdırıb çıxarırlar.

Müxalifət liderləri öz tərəfdarlarını Müstəqillik Meydanını müdafiə etməyə səsləyib.