Ukraynalı pilot qızı Rusiyada dəli etmək istəyirlər (VİDEO)

Rusiyada həbs edilən ukraynalı pilot Nadejda Savçenko Sankt-Peterburqdakı psixiatrik xəstəxanaya aparılıb.

XALQ.AZ–ın məlumatına görə, bu barədə Savçenkonun yaxınları Ukrayna mətbuatına bildirib.

“Bizə dedilər ki, onu ruhi xəstə çıxarmaq üçün Sankt-Peterburqda ruhi xəstəxanaya aparırlar”, – deyə Nadejda Savçenkonun yaxınları bildirib.

Ukraynalı pilot saxlandığı Voronej istintaq təcridxanasından naməlum istiqamətdə aparılıb.

Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlində ittiham edir. Onunla bağlı Ukrayna iki dəfə Rusiyaya nota göndərib.

Ukraynanın Xarici İşlər Nazirliyi də Rusiya tərəfinin qanunsuz hərəkətlərinə görə rəsmi Moskvaya etiraz notası göndərib.