Ukraynaya ŞOK “qadağa”: Bu silahlarla rus torpaqlarına hücum edə bilməz

“Ukraynadan reaktiv yaylım atəş sistemlərindən yalnız müdafiə məqsədləri üçün istifadə edəcəyinə dair təminat aldıq”.

Xalq.az xəbər verir ki, Pentaqonun ABŞ-ın Ukraynaya verəcəyi “HİMARS” silahları barədə açıqlamasında belə deyilir. Bildirilir ki, Ukrayna ordusu bu silahlarla rus torpaqlarını hədəfə almayacağına dair təminat verib. Ukrayna ABŞ-ın şərtini qəbul edəndən sonra uzun mənzilli silahların Kiyevə verilməsinə razılıq verilib. Açıqlamada ABŞ-ın Ukraynaya verəcəyi yeni hərbi dəstəyin detalları barədə məlumat verilib. Bildirilib ki, ABŞ Ukraynaya 4 “HİMARS” , 2 hava hücumundan müşahidə radar, 4 Mİ-17 helikopteri, 1000 tank əleyhinə raket və digər hərbi vasitələr verəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni müdafiə yardımı paketini verilməsini təsdiq edib.