UEFA Messidən yazdı: “Uembli”də “ustad dərsi keçdi”

UEFA-nın texniki müşahidəçilərindən ibarət qrup Argentina millisinin üzvü Lionel Messinin Finalissimada İtaliya ilə matçdakı oyununu xüsusi qeyd edib.

Xalq.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Argentinalı forvard qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. UEFA Messidən belə yazıb:

“O, oyuna əvvəldən sona qədər nəzarət edirdi. Messi bütün məharətini göstərdi, Lautaroya qol ötürməsi verdi və digər komanda yoldaşlarına şans yaratdı. Bəxti gətirmədi ki, özü qol vurmadı. Messi “Uembli”də toplaşanlar üçün elə bir şəkildə ustad dərsi keçdi ki, baxmağa dayana bilməzsiniz”.

Qeyd edək ki, Argentina İtaliyaya 3:0 hesabı ilə qalib gəlib.