Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə paylaşım edib.
O, bu barədə özünün Tviter hesabında qeyd edib:
“Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”.