“Unibank” pulumuzu mənimsəyir-ŞİKAYƏT

“Unibank” müştərisi Sevinc Yusifova bankdan, onun xidmətlərindən və əməkdaşlarının kobudluğundan narazılığını bildirir.

XALQ.AZ məlumat verir ki,, şikayətçinin sözlərinə görə, “Unibank” əməkdaşları müştəri ilə davranış qaydasını belə bilmir:

““Unibank”, işçilərinizə müştəriyə düzgün və dolğun məlumat verməyi və ən əsası danışıq qaydalarını öyrədin. Biri danışdığım yerdə dəstəyi asır, o biri yüksək tonla danışır. Kartdan düzgün istifadəni izah edə bilmirlər. Kartımdan faiz tutur, lakin o faiz heç bir yerdə əks olunmur. Səbəbi məlum deyil. Bəlkə Mərkəzi Bank yolu ilə aydınlaşdırılar ki nə haqla vətandaşın vəsaitin mənimsəyirsiniz”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.