Universitetdə şortik qadağası

Qerb

Azərbaycanda daha bir ali məktəbin tələbələrinə şortik qadağası tətbiq edilib

XALQ.AZ-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə “facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Belə ki, Qərb Universitetində çəkildiyi iddia olunan fotoda tələbələrə çimərlik geyimində gəlməyin qadağan edildiyi görünür: “Universitetə çimərlik paltarlarında (vyetnamka, qısa şort, açıq top) gəlmək qadağandır!”

Qeyd edək ki, bundan əvvəl analoji xəbərdarlıq BDU və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün edilib.

Qer-1