YAP Gənclər Birliyi Naftalan gəncləri ilə görüşdü

Naftalan

Naftalan şəhərində Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi və inkişaf modeli” mövzusunda keçirilmiş tədbirdə YAP Gənclər Birliyinin nümayəndələri, YAP Naftalan Şəhər Təşkilatı Gənclər Birliyinin fəal üzvləri, şəhər gəncləri iştirak etmişlər.

XALQ.AZ xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla bir daha yad etmişlər.

YAP Naftalan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Aynurə Novruzova məruzə ilə çıxış edərək dövlət gənclər siyasətinin şəhərdə uğurla həyata keçirilməsindən, gənclərin şəhərin ictimai-siyasi və mədəni həyatında fəal iştirakından danışmışdır. Bildirmişdir ki, Naftalan şəhər əhalisinin nəfərdən artığını gənclər təşkil edir. YAP şəhər təşkilatının üzvlərinin sırasında 400-ə yaxın gənc var.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  və digər çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin fəaliyyətindən danışmışlar.

Çıxışlarda dövlət gənclər siyasətində gənclərin yeri və rolundan, gənclərlə bağlı həyata keçirilən proqramlardan bəhs edilmiş, Prezident tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.
Tədbirdən sonra YAP Gənclər Birliyinin təlimçiləri tərəfindən şəhərin fəal gənclərinə Layihələrin hazırlanması, büdcə təhlili və donor təşkilatlarla işləmək Qaydaları”  (Foundraising)  mövzusunda təlim keçirilmişdir. Təlimi YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova aparmışdır. Məlumat üçün qeyd edək ki, təlimlər iyun ayının 19 yekunlaşacaqdır.

Naftalan-1