Urmiya gölündə işlər dayandırılıb

003

 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Urmiya gölünə axan su hövzəsi üzərində bəndsalma işlərinin dayandırılması ilə bağlı xüsusi qərar verib.

Xalq.az Publika.Az  istinadən məlumat verir ki, bu barədə İranın energetika naziri Həmid Çitçian bazar ertəsi televiziya proqramlarının birində su mənbələrinin idarə edilməsinə dair energetika nazirliyinin dövlət proqramını açıqlayarkən, məlumat verib.

O deyib: “Su və işıq istifadəsində təklif və tələblərin balansını idarə etməklə yanaşı, gərək bu iki saf enerji daşıyıcısından faydalı istifadə imkanı yaradaq”.

Çitçiyan İran prezidentinin Urmiya gölünün bərpasına dair işçi qrupunun yaradılması ilə bağlı qərarına işarə edərək, bildirib: “Öncədən aparılmış bütün araşdırmalar bu işçi qrupda nəzərdən keçirilib və bəzi layihələr həyata keçirilməsi üçün bu araşdirmalara əsasən hazırlanıb. Habelə, Urmiya gölünün bərpası üçün elmi mərkəzlərin təqdim etdiyi 30 – dan çox təklifin araşdırılması işçi qrupunun gündəliyinə salınıb”.

Nazir deyib ki, Urmiya gölünə axan su hövzəsi üzərində bəndlərin salınmasına dair araşdırmalar dayandırılacaq:” Bu ehtimal var ki, tikilməkdə olan bəndlər də dayandırılsın və habelə, Araz, Xəzər və digər hövzələrdən suyun Urmiya gölünə axıdılması üzərində araşdırmalar aparırıq”.