Məcəllənin 21.1-cimaddəsinə edilən yeniliyə əsasən, Azərbaycana daxil olan əcnəbilərə dövlət sərhəd xidməti məntəqələrində 3 gündənartıq ölkədə qalacaqları təqdirdə, qeydiyyata alınmalarının zəruriliyini ifadə edən bildiriş veriləcək. Bildiriş Azərbaycan, rus və ingilis dillərində olacaq.
Bundan başqa, məcəlləyə ölkədə yaşayan əcnəbilərlə də bağlı xeyli yeniliklər edilir.
Məcəlləyə Azərbaycanın hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə də bağlı yeni maddə əlavə olunur. Əlavəyə görə, sərhəd keçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhəd keçmə sənədləri əldə etmək mümkün olmadığı hallarda icra hakimiyyəti orqanı tərəfindən səyahət sənədi veriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.