Vəzifəli şəxs istefa verdi

Kinorejissor, “Space” TV-nin rəhbəri Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib.

XALQ.AZ-ın məlumatına görə, Vaqif Mustafayev istefa ərizəsi yazaraq kanalı tərk edib.

Qeyd edək ki, V. Mustafayev kanala 2006-cı ildən rəhbərlik edirdi.