Vəzifəli şəxs Tükiyədə vəfat etdi

“Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycanın əməkdar mühəndisi Knyaz Hacıyev vəfat edib.

XALQ.AZ xəbər verir ki, K.Hacıyev Türkiyədə 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Knyaz Mehdi oğlu 1953-cü ilin oktyabrın 10-da Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, 1970–1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb, 1975-ci ildə həmin institutun tam kursunu bitirərək inşaatçı-mühəndis peşəsinə yiyələnib.

Prezident İlham Əliyevin imzaladığı 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanda tikinti kompleksinin inkişafında xidmətlərinə görə K.Hacıyevə “Əməkdar mühəndis” fəxri adı verilib.