Vahid Əhmədov görüş keçirib

Milli  Məclisin  deputatı  Vahid  Əhmədov Quba  şəhərində  yerləşən  ofisində  seçiciləri  ilə  növbəti  dəfə  görüşüb.

XALQ.AZ xəbər verir ki, görüş  zamanı  seçicilərinin  çoxsaylı  suallarını  cavablandıran  millət  vəkili  ölkədəki  ictimai  siyasi  vəziyyətdən, xalqın  sosial  vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  son zamanlar  atılan  addımlardan, problemli  kreditlərin  həlli  üçün  qəbul  olunan  qərarlardan  bəhs  edərək  müvafiq  izahatlar  verib. Qəbul  üçün  qeydiyyatdan  keçmiş  56  Quba  və  Xaşmaz  şəhərindən  gəlmiş  sakin  istəklərinə  uyğun  olaraq  təkbətək  qəbul  ediblər. İşlə  təmin  olunma, ev  tikintisi  üçün  torpaq  sahələrinin  ayrılması, təhsil  haqlarının  ödənilməsindəki  çətinliklər, bəzi  rayon  təşkilatlarında  müraciətlərə  baxılması  zamanı  yaranan  haqsızliqlar  və  digər  məişət  məsələlər  əhali  tərəfindən  deputat  qarşısında  qaldırılan  məsələlər  sırasında  olub. Rayonun  Yenikənd,Möhüc, Gültəpə, Tülər, Aşağı  Tüləkəran, Yuxarı  Tüləkəran  və  Suxtakələ  kəndlərini  rayon  mərkəzi  ilə  birləşdirən  yolun  təmiri  ilə  bağlı  əhalinin  müraciəti  nəzərə  alınaraq   problem  Yol  idarəsınin  rəisi  Gülağa  Əliyevlə müzakirə  edilmiş  və  müvafiq  qərar  qəbul  edilib. Son  və  əvvəlki  qəbullar  zamanı  və  həllini  mütləq  tapmalı  olan  məsələ- Quba  şəhərinin   2000-ə  yaxın  əhalinin  məskunlaşdığı  Dəvədabanı adlanan   yaşayış  massivində  qazın  olmamasıdır. Əhalinin  dəfələlərlə  Azəriqaza  müraciət  etməsinə  baxmayaraq, verilən  cavablarda  qazlaşdırmanı  vətəndaşların  öz  hesabına  aparılması  təklif  olunur. Belə  yanaşma  əhali  üçün  tupik  vəziyyət  yaradır. Hesab  edirik  ki,  bu  məsələ  tezliklə  öz  həllini  tapmalıdır.

Qəbuldan  sonra  deputatın  İcra  Hakimiyyətinin  başçısı  Ziyəddin  Əlyevlə   görüşündə  vətəndaşlar  tərəfindən  qaldırılan  məsələlər  barəsində  müzakirələr  aparılıb, həlli  üçün  tədbirlər  müəyyənləşdirilib.

 

Orxan