Vahid Əhmədov jurnalistləri təbrik edib

Millət vəkili Vahid Əhmədov  22 iyul Milli Məbuat günü ilə bağlı jurnalistləri təbrik edib, onara fəaliyyətlərində uğurlar arzulayıb. Açıqlamasında jurnalistlərin böyük əməyinə diqqət çəkən millət vəkili, milli maraqlarımızın müdafiəsində media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:

“22 iyul peşə bayramı günü münasibətilə bütün media nümayəndələrinii təbrik edir, onlara ağır və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.

Müstəqillik tariximizin təhlili göstərir ki, milli mənafeyimizin, dövlət maraqlarımızın müdafiəsində jurnalistlərimizin rolu hər zaman böyük olub. 44 günlük Vətən müharibəsi, habelə, post-müharibə dönəmində erməni yalanlarına qarşı mübarizə, mediamızın bu mübarizədə sərgilədiyi qəhrəmanlıq jurnalistlərimizin fədakar əməyinin isbatıdır. Onlar hər zaman xalqımıza, dövlətimizə təmənnasız şəkildə, sevgi və vicdanla xidmət ediblər.

İnanıram ki, dövlətimizin, dövlət başçımızın diqqəti və qayğısı sayəsində mediamız bundan sonra da inkişaf etməkdə, təkmilləşməkdə, yeni, müsbət dəyərlər əxz etməkdə davam edəcək, bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaq.

Bir daha peşə bayramınızı təbrik edir, hər birinizə uğurlar arzulayıram”.