Vahid məktəbli forması tətbiq olunacaq

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. 
XALQ.AZ xəbər verir ki, bu barədə yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.
Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Orxan

Comments are closed.