Vaksin olmaq məcburidir ya könüllü?

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin müsahibəsini təqdim edir:

– Ötən 1 ildən artıqdır ki, ölkəmizdə pandemiya şəraiti ilə bağlı nə kimi işlər görülür?

– Pandemiya ilə mübarizənin ilk günlərindən etibarən Azərbaycan sosial dövlət modelinin cəmiyyətə ən uyğun yansımasını həyata keçirməyə başladı. Pandemiya ilə mübarizədə səhiyyə sisteminə mümkün ola biləcək bir struktur dəyişikliklərinin, iqtisadi imkanların səfərbər olması ilə yanaşı həmçinin də sosial sferada da müvafiq addımlar atıldı. İlk öncə sosial dövlət modelinə uyğun şəkildə əhalinin sağlamlığının ön plana çıxarılmasından ibarət idi. Dövlət başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi Azərbaycan dövləti üçün ən önəmli məsələ insanların sağlamlığıdır. Bu məsələ bütün çətinlikləri digər bütün aktual məsələləri arxa plana qoyulmasına gətirib çıxardır. Çünki sosial bir dövlət olaraq dövlətin ən vacib proritet insan sağlamlığıdır. Bu baxımdan insanlarımızın sağlamlığının qorunması üçün müxtəlif administrativ tədbirlər həyata keçirildi, müəyyən iqtisadi yavaşlamalara getmək məcburiyyətində qaldıq. Bununla yanaşı iqtisadi cəhətdən fəal olan əhalinin, o cümlədən də sosial cəhətdən qorunmaya daha həssas əhalinin mümkün ola biləcək çətinliklərin aradan qaldırılması ilə bağlı addımlar atıldı. Bu çətin prosesə baxmayaraq biz qələbə qazandıq. Bununla Azərbaycan bütün dümyaya örnək bir model qoydu. Xalqla dövlətin vəhdəti olduqda həll olunmayacaq heç bir problem yoxdur.

– Artıq yoluxma sayında müsbət nəticələr özünü göstərir. Amma insanlar sosial şəbəkələrdə müxtəlif dezinformasiya xarakterli videolar yayaraq bildirirlər ki, guya “peyvənd olunan nahiyyəyə metal əşyalar yapışır və s”. Bu dezinformasiyalar nədən qaynaqlanır?

– Heç bir metallik alət həmin peyvənd olunmuş yerə yapışmır. Sosial şəbəkə də bir fenomendir. Burada çox qısa bir zaman ərzində diqqət çəkmək üçün müəyyən bir sahədə uğur qazanmayan insanlar diqqət cəlb eləməyə çalışırlar. Bu da həmin trendin bir hissəsidir. Ciddi məsələlərin müzakirə olunduğu bir platforma kimi sosial şəbəkələr çox önəmlidir. Təbii ki, manipulyasiyalar olacaq. Anoloji əvvəlki media ilə biz bu prosesin qarşısının alınmasında bir qədər uğur qazana bilmədiyimizi müşahidə edirik. Daha çox alternativ media ilə istifadə bu prosesdə daha çox uğur qazanmağa gətirib çıxarda bilər.

– Daha əvvəl Çinin istehsal etdiyi “Sinovac” vaksinlərini idxal edirdik. Artıq Rusiyanın da istehsal etdiyi “Sputnik V” vaksinləri ölkəmizə daxil olub. Bəziləri seçim etmək məcburiyyətin qalır və daha çox “Sputnik V”-yə üstünlük verirlər. Ümumiyyətlə bunların tərkibi nədən ibarətdir?

– Bu ilin yanvar ayının 18-dən tətbiq etdiyimiz ilk vaksin inaktivə olunmuş yəni törədicisi məhv edilmiş vaksin idi. Burada həmin vaksinin içərisində bütünlüklə törədici qalır. Birinci və ikinci doza qəbul etmiş orqanizmdə immunitet tam formalaşmış olur. Ancaq burada immunitetin davamlılıq müddətinə görə, üçüncü dozanın qəbul edilməsi müzakirə olunur. Amma böyük bir əksəriyyət deyir ki, onun tətbiq olunmasına ehtiyac olmayacaq. Çünki virus keçirdiyi mutasiya hesabına artıq immuniteti formalaşmış insanlar kifayət qədər olduqda artıq müəyyən fikirlər də var ki payıza doğru pandemiya öz aktuallığını itirəcək. İkinci qrup vaksinlərdə isə bütün genetik strukturlara “RNT” tərkiblərinə yox, “RNT”nin müəyyən bir fraqmentinə hazırlanmış vaksinlər vardır. İstənilən vaksində, istənilən bu prosedurun özü insan orqanizminə tətbiq etdikdə müəyyən bir ağırlaşma yarada bilər. Ona görə də hər bir vaksində müəyyən narahatçılıqların olması təbiidir və normaldır.

– Vaksinayadan imtina edən insana münasibət necə olacaq?

– Pandemiya ilə mübarizədə biz iki məqama diqqət yetirdik. Birinci dövlət prosesi tənzimləyir, profilaktik tədbirlərdən istifadə edir, karantin tədbirlərini həyata keçirir və sonda vaksinasiya prosesi baş verir. Digər bir məqamda isə hər bir şey təbii axına buraxılır. Kütləvi immunitet yaranır və bunun hesabına törədici ilə mübarizə aparılır. Daha sonra isə paralel şəkildə vaksinasiya prosesi həyata keçirilir. İkinci modeli tətbiq edən ölkələrin böyük bir hissəsi vaksinasiyadan imtina etdi. Daha sonra isə həmin ölkələr çox ciddi tablo ilə qarşı-qarşıya qaldılar. Bu onu göstərir ki, birinci yanaşma daha doğrudur. Birinci yanaşmanın içərisində də vaksinasiya prosesində də bir neçə fərqli yanaşmalar var. Bunlardan biri də pozitiv ayrı-seçkilikdir. Pozitiv ayrı-seçkilik – dövlətin tətbiq etdiyi proqramlarda, mümkün ola biləcək bütün təlimatlarda yaxından iştirak etmiş insanların rahatlama tədbirlərində dövlətin və digər strukturların verdiyi xidmətlərdən daha asan və rahat stimula etmək deməkdir. Burada artıq insanların vaksinasiyaya yönəldilməsində bir növ yumşaq və insanları narahat etməyəcək tədbirlərdən istifadə edilir. Hər bir insan vaksinasiyada iştirak etdikdən sonra özünün arzu etdiyi tədbirlərdən daha rahat istifadə edir. Bu da çox uğurlu nəticədir. Biz artıq insanların daha yaxından və tələsik vaksin etdirməsinin şahidi oluruq. Bu yanaşma uğurlu yanaşma olduğunu göstərir. Bu yanaşmanın mənfi cəhəti ondan ibarət ola bilər ki, insanlar vaksinasiya prosesində məsuliyyətsiz davransınlar.

– Vaksinin effektivliyi nə qədərdir? İnsanlarda yaratdığı immunitet nə qədər davam edir?

– Hal-hazırda bu barədə tam dolğun məlumatlar olmasa da ümumi məlumatlar ondan ibarətdir ki, bir il ərzində hər iki dozanı almış, vaksinasiya olunmuş şəxsin yoluxmama riski 85-90%-dir. Artıq biz bunun şahidi də oluruq.