Ənvər Seyidəliyevin əlavə vergisi

45

Ağsu sakinləri ərizə yazmaqdan beziblər

 

 

Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan  lazımi vəsait ayırır. Ağsu rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Ağsu  rəsmilərinin dediyinə görə rayonda əsaslı təmir işləri aparılıb. Ancaq müşahidələr göstərir ki, orada əsaslı təmirdən heç bir söhbət gedə bilməz. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır. Məlumata görə Ağsu  rayon icra  hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev  artıq 2 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə  icra nümayəndələrinə yönləndirilir.  İcra nümayədələridə  kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Ağsu sakinlərin  problemlər olduğu kimi qalır. Ağsu   rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların  haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Ənvər Seyidəliyev  sahibkarlara və fermerlərə ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Belə ki, ilin əvvəlindən başlayan kampaniya bu gündə davam edir. Bu səbəbdən sahibkarlar və fermerlər  artıq  Prezidentə şikayət etməyi planlaşdırırlar.

Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Ənvər Seyidəliyev Ağsunu  öz təbilincə idarə etməyi lazım bilir .

 

P.S. Ənvər Seyidəliyevlə  dəfələrlə əlaqə yaratmağa çalışsaqda heç bir nəticə vermədi.

 

Qarşı tərəfidə dinləməyə hazırıq.