Bakıda naməlum şəxslər polislə atışıb

Tapanca-1

Xalq.az xəbər verir ki, Bakının Sabunçu rayonunda polislə naməlum şəxlər arasında atışma baş verib. Saat 20 radələrində Sabunçu rayonunun 62 saylı orta məktəbin yaxınlığında atışma olub. Atışma nəticəsində dörd polis əməktaşı ağır yaralanıb. Bir nəfər isə qətlə yetirilib. Öldürülən şəxsin Sabunçu rayonu polis idarəsində “Akula Akif ” ləqəbli rəsi müvininin oğlu olduğu bildirilir.

Yaralılar 3 saylı Sabunçu rayon xətəxanasına yerləşdirilib. Hələlik atışmada qarşı tərəfin kimlər olduğu məlum deyil.

Bir qədər sonra bu barədə daha ətraflı məlumat verməyə çalışacağıq