Vəfa ilə Aysu Xəzər rayonunda "qanunsuz" obyektin açılışında-Video- Foto
Xəzər rayon Binə qəsəbəsində Ə. İsazadə küçəsində qanunsuz tikinti aparılaraq səkini zəbt edən “Buta Univermağı”nın açılışı keçirildi.
XALQ.AZ xəbər verir ki, populyar müğənnilər Vəfa Şərifova və Aysun İsmayılova açılışa qatılıblar.
Yüzlərlə insan müğənnilərlə görüşə gəlsələrdə əksəriyyəti qapı arxasında qalıb,belə ki, müğənnilərlə görüşə buraxılmayıblar. Bəs görəsən məşhur müğənnilər məlumatlı idilər qanunsuz obyektdə çıxış ediblər?
Qeyd edək ki, Binə qəsəbəsi Əli İsazədə küçəsində “Buta Univermaq”ın sahibi bir müddət öncə səkini zəbt edərək genişlənmə və təmir işləri aparmışdır.
Videomaterialda və fotoda göründü kimi obyekt iş adamı hansısa “anlaşma” ilə bu məsələni öz xeyrinə həll etmişdir. Araşdırmalarımız nəticəsində Dövlət şəhərsalama və arxitektura komitəsində bu tikinti barədə məlumat olmadığı bildirilmişdir.
Mətbuatda bu barədə geniş yazılsada Xəzər rayon icra hakimiyyəti qanunsuz tikinti ilə bağlı heç bir açıqlama verməmişdir.
Məlumat üçün bildirir ki, paytaxtda qanunsuz tikinti aparılmasının qarşısı alınır, lakin bəzi icra başçıları bundan sui-istifadə edib “anlaşma” ilə belə hallar baş verir.
Qeyd edək ki, 2019-cu ildən Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovdur.
Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.