Vergi orqanlarında çalışan gənclərin sayı açıqlanıb

Vergilər Nazirliyi 2017-2019-cu illərdə işə qəbulla bağlı xüsusi strategiya qəbul edib.  XALQ,AZ xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, vergi orqanlarının fəaliyyəti günün tələblərinə uyğun olaraq daim təkmilləşdirilir.

“Hazırda vergi ödəyicilərinə 60-dan çox elektron xidmət göstərilir. Vergi bəyannamələrinin hazırlanmasından tutmuş onların göndərilməsi və vergilərin ödənilməsinə qədər bütün proseslər elektronlaşdırılıb. Hazırda vergi orqanlarında rəhbər vəzifələrdən çalışan şəxslərdən 32%-dən çoxunun yaşı 35-dən aşağıdır ki, bu da kadr siyasətində təcrübəli kadrlarla yanaşı, gənclərə də geniş yer verildiyini göstərir”, – deyə məlumatda vurğulanıb.

 

 

Elgün