Vilayət Eyvazov yeni rəislər təyin etdi

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib. 

XALQ.AZ -ın verdiyi xəbərə görə, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib. 

Nazirin digər əmri ilə Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.