Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin olunub.
XALQ.AZ xəbər verir ki, sözügedən vəzifəyə polis mayoru Ramin Fətullayev təyin edilib.
R.Fətullayev daha öncə Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəis müavini vəzifəsində işləyib.