Voleybol millimiz Türkiyədə medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən qadın voleybolu üzrə “Gloria Cup” beynəlxalq turniri başa çatıb.

 

XALQ.AZ xəbər verir ki, qadın voleybolu üzrə milli komandamız qardaş ölkədə keçirilən turniri medalsız tərk etməyib.

Belə ki, komandamız bürünc medal qazanıb. Bütün görüşlərdə qalib gələn meydan sahibi Türkiyə qızıl, Rusiya isə gümüş medala yiyələnib.

Qeyd edək ki, millimiz bu turnirdə Türkiyə və Rusiyaya 0:3 uduzub, İtaliyaya 3:0 qalib gəlib.

 

 

Orxan