Türk xalqları arasında əlaqələrin gücləndirilməsi müzakirə edilib

Bu gün Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib.

XALQ.AZ xəbər verir ki,  görüşdə vurğulanıb ki, Azərbaycanın türk dövlətləri ilə əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu prosesdə Azərbaycan dövlətinin rolu böyükdür. Ancaq ayrı-ayrı ictimai təşkilatlar da mövcud istiqamətdə kifayət qədər mühüm tədbirlər reallaşdırmaqdadır.

Türk xalqları və toplumları arasında əlaqələrin daim güclənməsinə ehtiyacın olduğunu qeyd edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu prosesdə şairlər, yazıçılar və jurnalistlər son dərəcə mühüm rol oynayırlar. Onlar qloballaşan dünyada türk varlığını aktual saxlayan peşə sahibləri, ziyalılardır.

Görüşdə digər çıxış edənlər də türk dünyasının konsolidasiyası ilə bağlı görülən işlərin vacibliyini əsaslandırıblar. Görüşdə bu mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı Birliyin layihəsi çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, qonaqlar ölkəmizdə səfərləri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçiriblər.

 

 

Orxan