Vulkan 10 kilometr hündürlüyə püskürdü (FOTO)

V-1

Ekvadordakı Tunquraua vulkanının püskürməsi 10 kilometr hündürlüyə qədər çatıb.

Xalq.az-ın məlumatına görə, vulkan bu gün püskürüb və proses cəmi 5 dəqiqə çəkib.  Qeyd edək ki, Kito şəhərindən 130 kilometr cənubda yerləşən vulkanda fevral ayından yüksək fəallıq hiss edilir.  “Odlu boğaz” kimi tərcümə olunan Tunquraua 1999-cu ildən fəallaşıb. O, Ekvadorun səkkiz fəal vulkanından biridir.

V-2

V-1