Vüqar İskəndərov vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı Vüqar İskəndərov Şəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib.

Qəbulda Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev də iştirak edib. Səsləndirilən müraciətlər qeydə alınıb və həlli mümkün olan məsələlərə yerində baxılıb.

Müraciətlər əsasən işsizlik, maddi yardım, sosial müdafiə, səhiyyə və s. məsələləri əhatə edib.