Vüsal Hüseynov vətəndaşlarla görüşəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov iyunun 23-də saat 15:00-da Xidmətin aparatında vətəndaşlarla görüşəcək.

Xidmətin mətbuat mərkəzindən bildirilib ki, görüşdə iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə iyunun 22-dək paytaxtın Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Görüşə yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.