WhatsApp rekord qirdı

Vatcap

Məşhur WhatsApp Messenger istifadəçiləri bir gun ərzində rekord qırdı.

Bu barədə xidmətin nümayəndələri rəsmi “Twitter” mikrobloqunda xəbər yayıblar.

Xalq.az-ın verdiyi məlumata görə, WhatsApp istifadəçiləri bir gündə 64 milyard mesaj göndəriblər ki, bu mesajların da 44 milyardı göndərilən, 20 milyardı isə gələnlərdir.

Qeyd edək ki , WhatsApp tezliklə Facebookun nəzarətinə keçəcək. Xatırladaq ki, WhatsApp-ın aktiv istifadəçilərinin aylıq auditoriyası 465 milyonu ötür. Müqayisə üçün, “Viber”dən 300 milyon insan istifadə edir. 2014-cü ilin fevralında bu messencer “Rakuten” onlayn riteylər tərəfindən 900 milyon dollara satın alınıb.