Xətai rayonunda fahişəxana aşkarlandı

 

47

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oteldə əxlaqsızlıq yuvası saxlanması faktının üstü açılıb.

Xalq.az  Lent.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Əhmədli qəsəbəsinin ərazisində yerləşən “İrşad” otelində oranın işçiləri Vüqar Əliyevin və Denis Semendyayevin əxlaqsızlıq yuvası saxlamaları müəyyən edilib.

Hazırda araşdırmalar davam etdirilir.