Silah yaradıcısı öldü

65

 

 

Sovet ittifaqının bir nömrəli brendi sayılan “AK-47” avtomatının yaradıcısı olan Mixayıl Kalaşnikov 94 yaşında dünyasını dəyişib. ANS PRESS-in yaratdığı silahın şöhrəti hesabına onun soyadı dünyanın ən tanınmış soyadlarından birinə çevrilib. Mixayıl Kalaşnikov 1919-cu ildə Altayda dünyaya gəlib. Ailəsi kifayət qədər böyük olub, onun nə az nə çox düz 19 bacı-qardaşı olub. 11 yaşı olanda ailəsi tam tərkibdə Sibirə köçüb. Böyük vətən müharibəsinə o tank komandiri olaraq daxil olub. Ancaq artıq 1941-ci ildə döyüşdə ağır yaralanıb və hərbi hospitalda qalarkən yüngül çəkili və davamlı avtomatını hazırlamağa başlayıb.1947-ci ildə onun layihəsi əsasında hazırlanmış Kalaşnikov avtomatı Sovet Ordusunun silahlanmasına qəbul olunub.

Avtomatın istehsalı İjyevskdəki İşmaş zavoduna həvalə olunub. Konstruktorun özüdə sonradan həmin şəhərə köçməli olub. İllər ərzində onun hazırladığı silah dünyada böyük əks-səda doğurub, təxmini hesablamalara görə dünyanın müxtəlif ölkələrində 100 milyondan çox AK-47 istehsal olunub. Silahın uğurunu konstruktor özü belə izah edib “ Qəliz şeylərə ehtiyac yoxdur. Hər şey sadə olmalıdır” deyə Kalaşnikovu bunu öz yaradıcılığının şüarı seçib.Kalaşnikov ən tanınmış sovet brendinə, keyfiyyət zəmanətinə və elə buna görə də çoxsaylı saxtalaşdırma cəhdlərinin hədəfinə çevrilib. Sonuncudan Kalaşnikov özü dəfələrlə gileylənib.

Hətta bir vaxtlar mərhum Venesuala lideri Uqo Çavezlə görüşəndə bəzi ölkələrin onun silahını lisenziyası istehsal etdiklərini və bunun talan, oğruluq və tam qanunsuz olduğunu bildirib. Mixayıl Kalaşnikov onun yaratdığı silahın terrorçular və döyüşlürə arasında geniş istifadə olunması faktına görə özünü heç zaman günahkar hiss etməyib. O bunun siyasətçilərin günahı olduğunu deyib. Əksinə o dünyanın 55 ölkəsinin ordusunu təchizatına verilmiş silahı ilə fəxr edib. Mixayıl Kalaşnikovun bu ixtirası ona şöhrət gətirsə də, var-dövlət qazandırmayıb. Ancaq o çoxsaylı medalların və mükafatların lauriyatı olmasından və hələ sağlığında ona abidə ucaldılmasından qürur duyub.