Şamaxıda dəhşətli qəza -3 ölü,4 yaralı

80

 

Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza dekabrın 23-də gecə saat 23:50 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Pirsaat çayı yaxınlığında qeydə alınıb.

60-BH-117 dövlət nömrə nişanlı VAZ 21011 və 90-HK-259 dövlət nömrə nişanlı VAZ 21015 markalı minik maşınlarının toqquşması nəticəsində ağır xəsarət alan şəxslərdən üçü dünyasını dəyişib, 4 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hələlik ölən şəxslərin və yaralıların adları məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.