Nazir vətəndaşları qəbul edib

88

 

Fövqəladə hallar naziri İmişlidə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İmişli şəhərində Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinlərinin qəbulunu keçirib.

Nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, baş vermiş daşqınlarla və nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə əlaqədar 1409 vətəndaş nazir müavinləri, müvafiq baş idarə rəisləri və qurum rəhbərliyi, kadr məsələləri ilə bağlı 101 vətəndaş aidiyyəti üzrə qəbul olunub.

Həmçinin digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşların ərizələri aidiyyəti orqanlara göndərilməsi üçün qəbul edilib.