Xəzər Aslanovdan sahibkarlar üçün əlavə vergi

60

Xızılılar  hər gün ərizə yazmaqdan beziblər

 

 

Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan  lazımi vəsait ayırır. Xızı  rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Xızı rəsmilərinin dediyinə görə rayonun mərkəzi və yolları  guya əsaslı təmir olunub. Ancaq müşahidələr göstərir ki, orada əsaslı təmirdən heç bir söhbət gedə bilməz. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır. Məlumata görə Xızı İcra Başçısı  Xəzər Aslanov  artıq 3 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə  icra nümayəndələrinə yönləndirilir.  İcra nümayədələridə  kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Xızı  sakinlərin  problemlər olduğu kimi qalır. Xızı  rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların  haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Xəzər Aslanov sahibkarlara ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Bu hadisə seçkidən öncə başlamasına baxmayaraq ilin sonunadək davam etdiriləcəyini təmin edən sahibkarlar artıq  Prezidentə şikayət etməyi planlaşdırırlar.

Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Xəzər Aslanov Xızını öz təbilincə idarə etməyi lazım bilir .

 

P.S. Xəzər Aslanovla dəfələrlə əlaqə yaratmağa çalışsaqda heç bir nəticə vermədi.

 

Qarşı tərəfidə dinləməyə hazırıq.