Millət vəkili rektorla görüşdü

80

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Yunus Söylet ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb

 

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Yunus Söylet ilə görüşüb. Görüşdə millət vəkili Qənirə Paşayeva bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edən millət vəkili Qənirə Paşayeva İstanbul Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın olmasının məmnuniyyətverici olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin təhsil müəssisələrində ortaq türk tarixinin, ədəbiyyatının, mədəniyyətinin, həqiqətlərinin tədrisinin vacibliyini də qeyd edib.

Millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoruna Azərbaycan həqiqətləri, danışıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Azərbaycanı çox sevdiyini deyən İstanbul Universitetinin rektoru, professor Yunus Söylet qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil  və səhiyyə sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib.

 Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən İstanbul Universitetinin rektoru, professor Yunus Söylet azərbaycanlı tələbələrin təhsil aldıqları İstanbul Universitetində özlərini öz evlərindəki kimi hiss etmələri və yüksək təhsil ala bilmələri üçün imkanlar yaradıldığını deyib.O, bu səfərinin İstanbul Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Yunus Söyletə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.