Xəzər dənizində rusların gəmisində qəza baş verib

7

 

Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisində qəza baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, gəminin mühərrikində texniki nasazlıq yaranıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.