Xəzəryanı ölkələrin biznes forumu keçiriləcək

Xezer

Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan beştərəfli biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, biznes forum Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində sentyabrın 29-da Həştərxan şəhərində təşkil ediləcək.

Biznes forum Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.

Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan sahibkarları işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.