media-8787
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı faciəsini unutmayaq” adlı tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsinə həsr olunmuş foto-stendlərə və rəsm əsərlərinə baxış keçirilib.
Rəsmi hissədə Dövlət Himni səsləndirlib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri barədə ətraflı məlumat verilib. Faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışılıb.
Tədbir çərçivəsində “ Danışır Xocalı” adlı sənədli filmi nümayiş etdirilib. Filmdə Azərbaycan xalqına, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş faciələr yer alıb. Həmçinin, Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən qazanılan Qələbədən və Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından geniş bəhs edilib.
media-88 media-89 media-87 media-899 media-8787media-866 media-844 media-855 media-877 media-8555

media-ads728x90

Bənzər xəbərlər