Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi
Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Küçələdə nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.