media-98
Saatlı rayonunda “Xocalını unutmayaq” adlı anım tədbiri keçirildi
Saatlı rayonunda 26 fevral 2025-ci il tarixdə saat 10:00-da Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalını unutmayaq” adlı anım tədbiri keçirilib.
Anım tədbirində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı Soyqırımının ildönümü tədbirinin iştirakçıları Saatlı şəhər mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə-Xatirə Kompleksini ziyarət edib və önünə gül dəstələri düzmüş, Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda həlak olmuş həmvətənlilərimizin ruhuna dualar oxunmuşdur.
Daha sonra rayon icra hakimiyyətinin inzibati binasında bədii hissəsi davam edən tədbirdə Xocalı faciəsi qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, V.Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri ədəbi-bədii kompozisiyası ilə çıxış etmişdir. Sonda “Danışır Xocalı” adlı Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdrilmişdir.
media-99 media-98 media-97 media-96 media-95 media-94 media-93 media-92

media-ads728x90

Bənzər xəbərlər