Göyçayda çirkab sular hara axıdılır?-Vİdeo
Kanalizasiya qurğusundan çıxan sular kanala axıdılır, kanalın ətrafı da tullantılarla doludur.
XALQ.AZ xəbər verir ki, vətəndaşlar video çəkərək sosial şəbəkədə paylaşıblar.
Görüntülər Göyçay rayonundandır. Rayon ərazisində çirkab suların təmizlənməsi üçün qurğular quraşdırılıb.
Vətəndaşlar iddia edir ki, qurguda çirkab sular təmizlənməmiş su kanalına axıdılır. Kanaldan isə heyvandarlıqda və suvarmada istifadə olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumdan münasibət öyrəndik. Vətəndaşlar həqiqətənmi çirklənmiş sudan istifadə edirmi?
O da bildirildi ki, iddialar araşdırılacaq.
Xezerxeber.az