Xalq artisti nəvəsinə ad günü etdi (FOTO)

Yalcin

Dünən xalq artisti Yalçın Rzazadənin nəvəsinin ad günü olub.

XALQ.AZ-ın məlumatına görə, müğənni öz adını qoyduğu nəvəsinin 1 yaşını təmtəraqlı şəkildə keçirib. Məşhur restoranlarıın birində baş tutan gecədə sənət adamlarından yalnız xalq artisti Nazpəri Dostəliyeva iştirak edib. N.Dostəliyeva idarəetməsi ona həvalə olunan məclisdə sevilən mahnılarını səsləndirib. Gecədə muğam oxuyan xalq artistinin bu ifası Yalçın Rzazadəni kövrəldib. Y.Rzazadə göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, Yalçın Rzazadənin oğlu Mətin Rzazadə 27 sentyabr 2013-cü ildə evlənib.

Yalcin-1