Xırdalanda “Bayraq yürüşü” keçirilib

Xırdalanda 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə orkestrlərin müşayiəti ilə “Bayraq yürüşü” keçirilib.

XALQ.AZ xəbər verir ki, aksiya Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Yürüş Heydər Əliyev prospektindən Heydər Əliyev parkınacan uzanan yolda keçirilib.

Aksiyanın keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Orxan