Xırdalanda küçədə antisanitar vəziyyət

Abşeron rayonu, Xırdalan şəhərində küçədə antisanitar vəziyyət yaranıb.

Bu barədə XALQ.AZ-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki,   zibil tullantıları qalaqlanıb heç kəs maraqlanmır

“Məişət tullantıları ərazidə qalaqlansa da, təmizlənmir. Qalaqlanmış zibillərə görə, sakinlər ərazidən rahat keçə bilmirlər. Yay fəsli olduğu üçün üfunət iyi ətrafı bürüyüb”.