Yanan hotelin bu gün açılışı planlaşdırılıbmış

FHN-dən bildirilib ki, “Panorama” hotelində baş vermiş yanğın söndürülüb. Xəsarət alan yoxdur.

***

Bir neçə il əvvəl sözügedən hoteldə qətl törədilib. Kriminal aləmə yaxın şəxslər arasında baş verən münaqişə zamanı bir nəfər tapança ilə vurularaq öldürülüb. Hadisədən sonra hotel fəaliyyətini dayandırıb, bir müddət əvvəl isə başqa sahibkar tərəfindən fəaliyyəti yenidən bərpa edilib.

***

Bu gün “Panorama” hotelinin açılışı planlaşdırılıbmış.