YAP qurultaya hazırlaşır-Dəyişiklik

Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumatı YAP-ın siyasi şurasının üzvü bildirib.

Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.

İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır.

Onların yerinə gənc kadrlar seçiləcək.

Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini, Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev – Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov – BDU-nun sabiq rektoru, Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.

YAP Siyasi Şurasında fəaliyyətsiz üzvləridə hakim partiyanın siyahısından çıxarılacaq.

Lakin məlumatda pandemiya dövründə bu qurultayın hansı formada təşkil olunacağı barədə məlumat verilmir.