YAP Tovuz rayon təşkilatı növbəti aksiya keçirib

 

4

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyasını uğurla davam etdirir.

Rayon təşkilatının fəalları seçicilərlə görüşlərini davam etdirir, eyni zamanda vətəndaşlara cənab İlham Əliyevin fəaliyyətinin müxtəlif məqamlarını, son 10 ildə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri əks etdirən bukletlər paylayırlar. YAP Tovuz rayon təşkilatının gənc üzvlərinin xüsusi fəallıq göstərdiyi kampaniyada artıq minlərlə seçiciyə “Azərbaycan 2003-2013: Dünənə bir nəzər, Sabaha bir baxış” adlı bukletlər paylanıb.