Yardımlıda iki məktəbin açılışı olmuşdur

OLYMPUS DIGITAL CAMERA

 

Yeni dərs ilində Yardımlı rayonunda iki məktəb binası istifadəyə verilmişdir.

Xalq.az AzərTAca istinadən xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq tikilmiş 220 şagird yerlik Alçabulaq və Avaş kənd tam orta məktəbləri ən müasir avadanlıq və məktəb ləvazimatları ilə təmin edilmişdir.
Hər iki məktəbdə təşkil olunan mərasimdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətlərində görülən işlər yüksək qiymətləndirmişlər.