Yasamal rayon ictimaiyyəti Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir

Yasamal rayonunun ictimaiyyəti 15 İyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir.

Bu münasibətlə rayon ictimaiyyətinin nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edərək ərazi bütovlüyümüz uğrunda həlak olanların ruhuna ehtiramlarını bildiriblər. Daha sonra isə Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdən öncə ulu öndərin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ulu öndərin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə nitq söyləyən Yasamal RİH başçısı Elşad Həsənov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür.  Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.

Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə fəxri fərmanlar təqdim olunub.