“30 il əvvəl bəziləri özünü xilas etməyə görə çıxış edirdilər” – Deputat

“Heydər Əliyevin 100 illiyi və Milli Qurtuluşun 30 illiyi tədbirləri müasir parlamentarizm tarixinin ən parlaq hadisələri kimi yadda qalacaq”. 

Bu fikirləri parlamentin sədrin birinci müavini Əli Hüseynli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününün 30 illiyinə həsr edilmiş xüsusi iclasda bildirib.

“Əgər 30 il əvvəl bu salonda bir qrup vətənpərvər deputat Heydər Əliyevi sədaqətlə müdafiə edirdilərsə, digərləri özünü xilas etməyə görə, bəziləri də konyunktura naminə çıxış edirdilər. Bu gün isə Ulu Öndər mövzusunda Azərbaycan parlamentinin vahid dövlətçilik mövqeyindən çıxış etməsi həm də müasir dövlət quruculuğumuzun uğurudur”,- deyə sədr müavini vurğulayıb.

Zaur Mirzə