Yasamalda geniş təmir və yenidənqurma işləri aparılır
İcra başçısı küçənin təmiri işləri ilə tanış olub
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayondakı Məhəmməd Naxçıvani küçəsində aparılan təmir və yenidənqurma işləri ilə tanış olmaq məqsədilə əraziyə baş çəkib. Burada İcra Başçısı yeni piyada səkilərinin, avtomobilər üçün parking sahələrinin və bütövlükdə yol infrastrukturunun təkmilləşdirilməsi üzrə aparılan işlərlə tanış olub. Küçənin əsaslı şəkildə təmiri nəticəsində burada yollar asfaltlanır, piyada səkiləri və bordyurlar bərpa edilir, panduslar yerləşdirilir. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı iş icraçılarına və məsul şəxslərə öz tapşırıq və tövsiyyələrin verib. İcra başçısı Elşad Həsənov əsas məqsədin piyadaların və sürücülərin rahat və maneəsiz hərəkətini təmin etmək olduğunu bildirib.
Yasamal rayonun digər ərazilərində də yaxın zamanlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılması nəzərdə tutulur.